Piyadaların və avtomobillərin istifadəsində olan velosiped zolaqları
Bakıda velosiped yollarının funksional məqsədindən kənar istifadəsi artıq ciddi problemə çevrilib. Piyadalar üçün nəzərdə tutulmuş piyada səkiləri kifayət qədər geniş olsa da, şəhərin mərkəzi küçələrində velosipedçilər üçün ayrılmış xüsusi zolaqlar piyadaların intensiv hərəkət etdiyi ərazilərə çevrilib. Nəticədə velosipedçilər üçün nəzərdə tutulmuş hərəkət istiqaməti maneələrlə dolu olur və qəza riskləri artır. Bununla yanaşı, avtomobil sürücüləri tərəfindən velosiped zolaqlarının tıxacdan yan keçmək üçün alternativ yol kimi istifadə olunması da artıq intensiv hal alıb. Bu isə yol hərəkəti təhlükəsizliyinə ciddi zərbə vurur.
Digər fotolar
