Kateqoriyalar
Sırala
ID 0118289

Mirzə Fətəli Axundzadə küçəsində yerləşən 1900-cü ilə aid Əsədullayevlər ailəsinin mülkü

Mirzə Əsədullayev 1875-ci ildə Bakıda milyonçu ailəsində dünyaya gəlib. Onun atası iri sahibkar, neft sənayeçisi, ictimai xadim Şəmsi Əsədullayev olub. Əsədullayevlər ailəsi müxtəlif sahələrdəki fəaliyyətləri, o cümlədən, neft sənayesi, siyasət, xeyriyyəçilik ilə bağlı gördükləri işlərlə tanınırlar. Orta təhsilini Bakı gimnaziyasında alan Mirzə Əsədullayev erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlayıb. 1903-cü ildən isə Bakıdakı neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə Əsədullayev həll edib. Onun ictimai xadim kimi də fəaliyyəti çoxşaxəli olub. Mirzə Əsədullayevin sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirərək maarifçilik işində fəallıq göstərib. Bununla yanaşı, Əsədullayevlər ailəsi neft mədənləri, sənaye müəssisələri, bir-birindən yaraşıqlı və dəbdəbəli mülklərin ilə tanınıb. Ailəyə aid mülklərdən biri də Mirzə Fətəli Axundzadə küçəsində yerləşən 1900-cü ilə aid bu tikilidir. Mülkün giriş hissəsində ailəyə aid gerbi görmək olar. Gerbin üzərində çar əsası, üzüm yarpaqları və gəmi lövbəri əks olunub. Uzun illərdir baxımsız vəziyyətdə olan bina uçub dağılma təhlükəsi ilə üz-üzədir.

Digər fotolar
arrow-up