“Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir
İyunun 18-də “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkmənistanın Xarici işlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev, Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov və digər şəxslər iştirak ediblər. Tədbir çərçivəsində bildirilib ki, Azərbaycan və Türkmənistan arasındakı əlaqələr tarixi, dini, dil köklərinə söykənir, iki ölkə arasındakı əlaqələr müsbət istiqamətdə inkişaf edir və bununla bağlı tezliklə şad xəbərlər eşidəcəyik. Həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi Zirvə görüşü oktyabr ayında Bakıda keçiriləcək.
