Kateqoriyalar
Sırala
ID 0113408

Qobustan rayonunda yerləşən qədim qəbiristanlıq

Qobustan rayonunda, Ərəbqədim kəndinə gedən yolun üzərində qədim qəbiristanlıq yerləşir. Bu yer Bakı-Şamaxı magistral yolundan 5-6 km məsafədədir. Qəbiristanlıqdakı qəbirlər üzərində unikal ornamentlər, ərəb dilində yazılar əks olunub. Ərəbqədim kənd sakini Yusif Ərəbsoyun sözlərinə görə, bu qəbiristanlıq "Ənsari-İslam" (İslam köməkçiləri) və Cabanı döyüşü ilə əlaqələndirilir. Təəssüf ki, qəbiristanlığın ərazisi ildən-ilə əkin sahəsi kimi şumlanaraq kiçilir, həmçinin qəbirlər zinət əşyaları axtaranlar tərəfindən qazılır.

Digər fotolar
arrow-up