MSK-nın bələdiyyə seçkilərinə dair keçirilən iclası
Yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı növbəti iclası keçirilib. İclas çərçivəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur. O həmçinin qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib. MSK sədrinin sözlərinə görə, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq.
Çəkiliş tarixi: 29 yanvar 2025
Şəkillərin sayı: 9